Quran əxlaqı


Quran əxlaqının yaşanmadığı cəmiyyətlərdə son dərəcə qüsurlu əxlaq anlayışı mövcuddur. İnsan ruhundakı eqoist həvəs və istəklərin məhsulu olan bu əxlaq anlayışı insanları qürurlu, eqoist, həyasız, mərhəmətsiz, kobud və zalım olmağa yönəldir. Hər kəs şəxsi mənfəətini təmin etmək üçün digər insanları əzməyin vacib olduğuna inanır və bunu əlinə düşən hər fürsətdə tətbiq edir.

Halbuki, Allah yaratdığı insana belə bir əxlaqı tövsiyə etməmişdir. Əksinə, Quranda insanlara kübar, təvazökar, etibarlı, şəfqətli, fədakar və səmimi olmaları əmr edilir. Allah`ın haqq kitabında insan əxlaqındakı bu incəliklərə diqqət çəkilir:

İnsanlardan təkəbbürlə üz çevirmə, yer üzündə özünü darta-darta gəzib dolanma. Həqiqətən, Allah heç bir özündən razını, özünü öyəni sevmir. (Loğman surəsi, 18)

davamı »

Allah`ı haqqı ilə təqdir etmək


Quran ayələrində Allah`ın sifətlərinin bir qismi bu şəkildə xəbər verilir:

Allah, Ondan başqa ilah yoxdur, (əbədi) yaşayandır, (bütün yaratdıqlarının) qəyyumudur. Onu nə mürgü, nə də yuxu tutar. Göylərdə və yerdə nə varsa, Ona məxsusdur. Onun izni olmadan Onun yanında kim havadarlıq edə bilər? O, (məxluqatın) gələcəyini və keçmişini bilir. Onlar Onun elmindən, Onun istədiyindən başqa heç bir şey qavraya bilməzlər. Onun Kürsüsü göyləri və yeri əhatə edir. Bunları qoruyub saxlamaq Ona ağır gəlmir. O, Ucadır, Uludur. (Bəqərə surəsi, 255)

Yeddi göyü və yerdən də bir o qədərini yaradan Allah`dır. Vəhy onların arasında ona görə nazil olur ki, Allah`ın hər şeyə qadir olduğunu və Allah`ın hər şeyi elmi ilə əhatə etdiyini biləsiniz. (Talaq surəsi, 12)

Ancaq insanların çoxu Allah`ın bu sifətlərini davamı »

Gücünün yetdiyi qədər Allah`dan qorxmaq


İnsan Allah`dan nə qədər çox qorxarsa, Onun qatında bir o qədər üstün olar. Allah qorxusunda bir sərhəd yoxdur, hər insan bu hissini Allah`dan diləyərək artıra bilər. Bu mövzuda Quranda rəsullar nümunə olaraq verilmişdir. Bu sayədə möminlər özlərini onlarla müqayisə edib Allah qorxularını daha da artıra biləcəklərini anlaya bilərlər. 

Allah möminlərdən Özündən ən yüksək dərəcədə qorxmalarını istəyir. davamı »

Qədər (Tale)


Dünyada və bütün kainatda hər şey müəyyən bir məqsədlə reallaşır.Quranda bildirildiyinə görə Allah "...Bütün işləri yoluna qoyar..." (Rəd surəsi, 2). Bir başqa ayədə bildirildiyinə görə isə "...Onun xəbəri olmadan yerə düşən bir yarpaq belə yoxdur". (Ənam surəsi, 59) davamı »

Təvəkkül


Bütün hadisələri meydana gətirən Allah`dır. Allah`ın yaratdığı hadisələrin hamısında möminlər üçün mütləq bir xeyir var. Bütün hadisələr mütləq möminlərə faydalı olacaq şəkildə hazırlanmışdır və hər şey bu plana görə işləyir. 

Möminin güvənəcəyi yeganə dostu Allah`dır. Yeganə vəkil Odur. Möminin üzərinə düşən hadisələr qarşısında yalnız Allah`ın istədiyi reaksiyaları vermək, səbəblərə sarılmaq, nəticəsini isə Allah`dan gözləməkdir. Ayələrdə inkarçıların xəbərdar olmadığı bu böyük sirr belə ifadə edilir: davamı »


Cədvəldən məlumat mövcud deyil.
Xahiş olunur bu haqda administratora məlumat verəsiniz.
Səhvin kodu:

Table 'network_data.site_data' doesn't exist