Quranda sədaqət

Dövlətə və millətə sadiqdirlər

İman edən hər insanda olduğu kimi, ölkəmizdə də inanclı insanların dövlətimizə və millətimizə qarşı sadiq və itaətkar olmalarının əsas səbəbi Allahın Quranda bildirdiyi gözəl əxlaqı mənimsəmiş olmalarıdır. Quran əxlaqını yaşayan kimsələrin dövlətimizə bağlı olmalarının səbəbi də dövlətin bir parçası olmalarıdır.

Dövlət ortaq həyatı və mədəniyyəti olan bir cəmiyyəti formalaşdırmaq, qorumaq, rifah və hüzuru təmin etmək kimi məqsədləri olan və bu məqsədlərə çatmaq üçün ən ədalətli idarəetmə quruluşu olan qurumdur. Bu tərifdən də aydın olur ki, bir ölkədə olan insanların xoşbəxt, hüzurlu və rahat yaşaya bilmələri, milli birlik və bərabərliyin təmin edilməsi və nəticədə ölkədə nizamın və sakitliyin olması üçün dövlətin gücünə və nüfuzuna ehtiyac var. Dövlət ölkənin və millətin varlığı üçün ən önəmli qurumdur.

İstər ölkənin təhlükəsizliyində, istər əmin-amanlıq və sülhün təmin edilməsində, istərsə də iqtisadi və sosial həyatda dövlətin rolu və əhəmiyyəti çox böyükdür.

Bu səbəbdən ölkəyə zərər vermək istəyən hər qrup əvvəlcə dövləti və dövlət avtoritetini hədəf alır. Tarix boyu parçalayıcı ideologiyaya sahib müxtəlif qruplaşma və kimsələr dövlətin mövcud nüfuzundan narahat olmuş və hər fürsətdə dövləti zəiflətmək və gücünü qırmaq üçün müxtəlif işlər görmüşlər.

Dövlətin fərqli sahələrdəki müdaxiləsindən və fəaliyyətlərindən narahat olan bu kimsələrin fikirlərini və məqsədlərini araşdırdıqda hamısının ortaq bir nöqtədə birləşdiyini görürük: dini və dinin meydana gətirdiyi gözəl əxlaqı ortadan qadırmaq. Dövlət əleyhdarları olan bu kimsələr dövlətin unitar quruluşunudağıdıb öz dinsiz ideologiyalarına görə formalaşdırdıqları bir sistemi yerləşdirməyə çalışırlar. Dinsizliyi mənimsədikləri üçün problemləri daim qəzəb və zorakılıqla həll etməyə çalışır və ölkədəki dinclik və balansı pozmağı hədəfləyirlər. Şübhəsiz ki, bu hal həm ölkə, həm də ölkədə yaşayan insanlar üçün böyük təhlükə və təhdiddir. Bu səbəbdən təhlükənin qarşısını almaq, dinclik və hüzuru mühafizə etmək üçün hər vətəndaş dövlətə hörmət və bağlılıq göstərərək itaət etməlidir.

Ancaq bütün bunlardan daha vacib olan üzərində durulmalı bir nöqtə də var ki, bu da dövlətə itaətin, toplumda əxlaq anlayışına bağlı olmasıdır. Bir toplumda mənfəətçillik, üsyankarlıq, özbaşınalıq və hər şəraitdə ortaya çıxan “degenerasiya” qəbul edilsə, sevgi, şəfqət, fədakarlıq, ədalət və xoşgörüş kimi anlayışlar tərk edilsə, bu vəziyyətdə o cəmiyyətin vətəndaşlarının da dövlətə bağlı olduqları düşünülə bilməz. Bu səbəbdən də dövlətə bağlılığın təməlində gözəl əxlaq dayanır. Quran əxlaqını yaşayan kimsələr bu həqiqətin şüurunda olan insanlardır. Mənəvi dəyərlərə bağlılıq və Quran əxlaqını yaşamaqla bərabər həm dövlət, həm də millətə bağlılığı gətirəcəyinin və nəticədə əhalinin həyat səviyyəsinin yüksələcəyinin fərqindədirlər.

Möminlər bu həqiqətin şüurunda olaraq böyük şövq və istəklə insanlara Quran əxlaqını anlatmağa çalışır və Quran əxlaqını yaşamağa dəvət edir. Belə bir cəhdin ölkənin və millətin xeyirinə olması onların bu mövzudakı istək və şövqlərinin əsas qaynağıdır.

Quran əxlaqının möminlərə və insanlara verəcəyi başqa bir gözəllik də itaətdir. Quran əxlaqı insanlara itaət xüsusiyyəti qazandırdığından Quran əxlaqının tətbiqi və insanlara anlatılması, dövlətin güclənməsində, əmin-amanlığın və hüzurun bərpa olunmasında çox əhəmiyyətlidir. Quran əxlaqının tətbiqi və yayılması dövlətin və millətin varlığı və birliyi üçün olduqca əhəmiyyətlidir. Bu səbəbdən Quran əxlaqına görə yaşayan insanların yaratdığı cəmiyyət həm gözəl əxlaq göstərərək milli birliyi və bərabərliyi təmin edəcək, həm də dövlətə itaətin ən yüksək səviyyədə yaşandığı bir yerə çevirəcəkdir. İnsanlar daha mərhəmətli, şəfqətli, daha ədalətli və xoşgörüşlü olacaq.Bu da milli birlik və bərabərliyi möhkəmləndirəcəkdir. Quran əxlaqının yayılması, hər bir vətəndaşın Quran əxlaqını yaşaması hər cür anarxiya, terror və əxlaqsızlığın ortaya çıxardığı degenerasiyanı aradan qaldıracaq və sülh, nizam və hüzur mühiti gətirəcəkdir. Allah Quranın bir çox ayəsində insanların formalaşdırdığı anarxiya və qarışıqlığı “fəsad” olaraq adlandırmış və insanları bundan çəkinmələrini əmr etmişdir:

...Allahın sizə verdiyi ruzidən yeyin-için və yer üzündə fəsad yayıb pis işlərə qurşanmayın! (Bəqərə surəsi, 60)

O dönüb getdikdə yer üzündə fitnə-fəsad törətməyə, əkinləri və nəsilləri məhv etməyə çalışar. Allah isə fitnə-fəsadı sevmir. (Bəqərə surəsi, 205)

...Elə isə ölçüyə və çəkiyə tam riayət edin, insanların əşyalarını əksik verməyin və yer üzü islah olunduqdan sonra orada fəsad törətməyin. Əgər möminsinizsə, busizin üçün daha xeyirlidir. (Əraf surəsi, 85) Göründüyü kimi, iman edən kimsələr Quran əxlaqını yaşadıqları üçün dövlətə və millətə bağlı olan və böyük hörmət bəsləyən kimsələrdir. Dövlətin güclənməsi, milli birliyin və bərabərliyin təmin olunması üçün Quran əxlaqını insanlara anladan və bu gözəl əxlaqı yaşamağa dəvət edən möminlər bundan böyük şərəf və xoşbəxtlik duyurlar.