Quranda itaət

ELÇİNİN YOLU İSLAM DÜNYASI ÜÇÜN NURDUR

Ona iman gətirən, onu dəstəkləyən, ona kömək edən və onunla göndərilmiş nurun Quranın ardınca gedənlər isə nicat tapanlardır. (Əraf surəsi, 157) Sonsuz rəhmət sahibi olan Allah Quranla insanlara doğrunu yanlışdan ayıran, onları qaranlıqlardan nura çıxaran bir yol göstərmişdir. İman gətirənlər üçün Quranı oxuyub anlamaq və əksiksizcə yerinə yetirmək çoxvacib məsuliyyətdir.Hər mömin bu barədə böyük diqqət göstərər. Möminlərin bu vacib vəzifəni yerinə yetirə bilmələrinə səbəb olan ən böyük asanlıq və rəhmət isə Peyğəmbərimizin (səv) sünnəsidir.

İslam dini Rəbbimizin “...Bu gün dininizi sizin üçün kamil etdim, sizə olan nemətimi tamamladım və bir din olaraq sizin üçün İslamı bəyənib seçdim” (Maidə surəsi, 3) ayəsi ilə bildirdiyi kimi, “son haqq din”dir. Peyğəmbərimiz hz.Muhamməd (səv) isə Allahın “Allahın Elçisi sizlərə – Allaha və Axirət gününə ümidini bağlayanlara və Allahı çox zikr edənlərə gözəl nümunədir” ayəsi ilə əxlaqını bütün insanlara örnək göstərdiyi mübarək insandır.

Uca Allahın seçdiyi və Quran endirdiyi Peyğəmbərimiz (səv) imanı, təqvası və elmi ilə bütün insanlara örnəkdir. Səbri, təvəkkülü, cəsarəti , Allaha olan bağlılığı və yaxınlığı, ədaləti, möminlərə olan mərhəməti, sevgisi, şəfqəti, fərasəti və bəsirəti ilə üstün əxlaqa sahibdir. Peyğəmbərimizin (səv) dərin imanından irəli gələn bu xüsusiyyətlərini Allaha könüldən itaət edən möminlər örnək alırlar. Çünki Quran əxlaqını öyrənmək və yaşamaq istəyənlər üçün Peyğəmbərimizin (səv) davranışları və sünnəsi çox dəyərli rəhbərdir.

Həmçinin Rəbbimiz möminlərə anlaşılmazlığa düşdükləri mövzularda Quranı, Peyğəmbərimizin (səv) sünnəsini özlərinə yolgöstərici bilmələrini əmr etmişdir. Uca Allahın Qurani-kərimdə bu mövzu ilə bağlı ayəsi belədir:

Xeyr! Sənin Rəbbinə and olsun ki, onlar öz aralarında baş verən çəkişmələrdə səni hakim hesab etməyincə, sonra da verdiyin hökmlərə görə özlərində bir sıxıntı duymadan tam təslim olmayınca iman gətirmiş olmazlar. (Nisa surəsi, 65) Həqiqi sünnə Quranın həyata tətbiq edilməsidir. Bu səbəbdən Quranı həyatına tətbiq etmiş Peyğəmbərimizin (səv) sünnəsi barədə mömin kişi və qadınların heç bir bəhanəsi və itaətsizliyi ola bilməz. Uca Allah başqa bir ayədə belə buyurmuşdur:

Allah və Onun Elçisi bir işə hökm verdiyi zaman heç bir mömin kişi və mömin qadın öz işlərində istədikləri qərarı verə bilməzlər. Allaha və Onun Elçisinə asi olan kəs, əlbəttə ki, açıq-aydın azğınlığa düşmüşdür. (Əhzab surəsi, 36)